Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir.
Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal)
Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1)
NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).